Frida” adlı fotosərginin açılışı olub
İçəri Şəhərdə yerləşən Art Tower qalereyasında “Frida” adlı fotosərginin açılış oldu.
1news.az-a Meksikanın ölkəmizdəki səfirliyindən verilən məlumata görə, səfirlik və Arts Council Azerbaijan tərəfindən təşkil olunan tədbirdə meksikalı rəssam Frida Kahlonun 22 portreti nümayiş olunub.
Meksika Səfirliyi tərəfindən bu ay ərzində keçirilən Frida Kahloya aid 3-cü tədbiri olan bu sərgidə XX-ci əsrin ən tanınmış rəssamlarından olan Fridanın anadan olmasının 110 illiyi qeyd edilib.
Sərginin açılışında Fridanın öz həyat və hisslərini əks etdirdiyi əsərləri və onların xüsusiyyətlərindən danışılıb. Həmçinin, əsərlərini ərsəyə gətirmək üçün istifadə etdiyi material, öz işində çox çalışqan və detalçı olduğu, sağlamlığı ilə bağlı çox vaxtı uzanıqlı vəziyyətdə çəkdiyi üçün kiçik formatlara üstünlük verməsi, rəsmlərinin ancaq Meksikada restavrasiya edilməsi və hətta ölkədən kənarda təmizlənməməsi, rəsm kağızlarını yenidən istifadə etməsi və xaricdə insanların onları yaddaşlarda saxlamaq və əsərlərini tanımaq üçün Frida və onun yoldaşı, tanınmış rəssam Dieqo Rivera, kimi geyinməyi sevdikləri vurğulanıb.
Pərvanə Sultanova