5 evdən oğurluq edən Yevlax sakini tutuldu

Evlərdən oğurluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi, Xəzər RPİ 1-ci PB və Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr ayından cari ilin iyun ayına qədər olan müddətdə paytaxt ərazisində 5 evdən məişət əşyaları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini Ramiz Abbasov tutulub.
Babək Cahandarov
1239