Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yeni qurumlar yaradılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yeni qurumlar yaradılıb

12:20 - 21 / 07 / 2017
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yeni qurumlar yaradılıb

Nazirlər Kabineti “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında” 2015-ci il 17 aprel tarixli qərarında dəyişiklik edib.

1news.az-ın məlumatına görə, qərara əsasən Xaçmaz rayonundakı “Azərbaycan” tərəvəz toxumçuluğu üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” MMC və "28 May" taxıl toxumçuluğu üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi" MMC birləşdirilərək Kənd Təsərrüfatı Nazirliyinin “Xaçmaz Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC yaradılıb.

Dəyişikliyə əsasən, Xaçmaz rayonundakı "Azərbaycan" tərəvəz toxumçuluğu üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi" MMC "Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Birgə Müəssisəsi"nin tabeliyinə veriləcək. Yaradılmış "Xaçmaz Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi" MMC isə ləğv edilib, Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki təsərrüfathesablı təşkilat kimi "28 May" Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi” MMC yaradılıb.

"Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında" 2015-ci il 17 aprel tarixli qərara əsasən Quba rayonundakı "Meyvə tingliyi dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi" MMC və "Şəfəq" südlük-maldarlıq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi" MMC birləşdirilərək Kənd Təsərrüfatı Nazirliyinin "Quba Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi" MMC yaradılmışdı. Dəyişikliyə əsasən isə Quba rayonundakı "Şəfəq" südlük-maldarlıq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi" MMC-nin adı dəyişdirilərək Kənd Təsərrüfatı Nazirliyinin "Quba Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi" MMC adlandırılacaq.

Babək Cahandarov

Paylaş:
1507

Son xəbərlər

Prezident quru sərhədlərin bağlı olmasından danışdı: Bizi böyük fəlakətlərdən xilas etdiBu gün, 13:15Sabah yağış yağacağı gözlənilir - ProqnozBu gün, 13:03VII çağırış Milli Məclis sədrinin müavinləri seçilib, say artırılıb - ADLARBu gün, 12:50“Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır”Bu gün, 12:36“Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirinin rəsmi açılış mərasimi keçirilibBu gün, 12:35Dövlət başçısı ölkə qarşısında duran bəzi vəzifələri açıqladıBu gün, 12:33İlham Əliyev: Suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni üfüqlər açırBu gün, 12:31Sahibə Qafarova yenidən parlamentin sədri olduBu gün, 12:23Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - FOTO - YENİLƏNİBBu gün, 12:14Dəniz kənarının yeni incisi: PAŞA Real Estate yeni “Crescent Residences” layihəsini təqdim edibBu gün, 12:06“Biznesin müflisləşməsi” İşçi qrupunun sahibkarlıq subyektləri ilə görüşü keçirilibBu gün, 12:02Yaşa görə pensiya alanların sayı açıqlanıbBu gün, 11:23Dövlət Başçısı Səudiyyə Ərəbistanının Kralına təbrik məktubu ünvanlayıbBu gün, 11:18Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıbBu gün, 10:56“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!Bu gün, 10:47Əmtəə bazarlarında qızılın qiyməti 2 650 dolları ötübBu gün, 10:41Qarabağ Universitetində ilk dərs günü - FOTOBu gün, 10:38Paytaxtın Xaqani küçəsində üfüqi yol nişanlanması işləri görülübBu gün, 10:25Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatırBu gün, 10:17“McDonald's Azərbaycan” internat məktəbinin şagirdləri ilə birlikdə sahilboyu ərazidə təmizlik aksiyası keçirib - FOTOBu gün, 10:11
Bütün xəbərlər