“AZƏRKİTAB” Milli QHT Forumu ilə əməkdaşlıq edəcək - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“AZƏRKİTAB” Milli QHT Forumu ilə əməkdaşlıq edəcək - FOTO

18:42 - 22 / 07 / 2017
“AZƏRKİTAB” Milli QHT Forumu ilə əməkdaşlıq edəcək - FOTO

“AZƏRKİTAB” Kitab Təbliğatı Mərkəzində “AZƏRKİTAB”  Kitab Təbliğatı Mərkəzi  ilə Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu arasında memorandum imzalanıb.

1news.az-a Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə,   imzalanma mərasimindən əvvəl çıxış edən “AZƏRKİTAB” Kitab Təbliğatı Mərkəzinin layihə rəhbəri Mirisrafil Sabir Həsənov elm və təhsilin inkişafında, gənc nəslin milli ruhda yetişməsində, nitq və təfəkkür formalaşmasında mütaliənin mühüm rolu olduğunu qeyd edib.

Bildirib ki, Respublikada ən böyük Kitab Mərkəzini yaratmaqda məqsədi kitaba dönmək, cəmiyyətdə kitaba marağın artırılması və insanların həyatında onun yerini və rolunu yüksəltməkdir.

Mirisrafil Sabir Həsənov  “AZƏRKİTAB”ın dövlətin mədəniyyət və təhsil sahəsində apardığı siyasətə, xalqın mənəviyyatına xidmət etdiyini vurğulayıb.

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni mütaliənin cəmiyyətin sosial həyatına, ictimai marağın istiqamətlərinə, mövcud maraqların məhsulu olan yeni ideyaların yayılmasına imkan yaratdığını qeyd edib.

Daha sonra “AZƏRKİTAB”  Kitab Təbliğatı Mərkəzi ilə  Azərbaycan Milli QHT Forumu arasında memorandum imzalanıb. Memarandum cəmiyyətdə kitaba marağın artırılması istiqamətində birgə bir sıra layihələrin həyata keçirilməsində, müvafiq təlimlərin, seminarların, bilik və bacarıqların artırılması üzrə məşğələlərin təşkil olunmasında əməkdaşlığı nəzərdə tutur.

1news.az

 

                                  

 

Paylaş:
1351

Son xəbərlər

Sabah yağış yağacağı gözlənilir - ProqnozBu gün, 13:03VII çağırış Milli Məclis sədrinin müavinləri seçilib, say artırılıb - ADLARBu gün, 12:50“Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır”Bu gün, 12:36“Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirinin rəsmi açılış mərasimi keçirilibBu gün, 12:35Dövlət başçısı ölkə qarşısında duran bəzi vəzifələri açıqladıBu gün, 12:33İlham Əliyev: Suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni üfüqlər açırBu gün, 12:31Sahibə Qafarova yenidən parlamentin sədri olduBu gün, 12:23Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - FOTO - YENİLƏNİBBu gün, 12:14Dəniz kənarının yeni incisi: PAŞA Real Estate yeni “Crescent Residences” layihəsini təqdim edibBu gün, 12:06“Biznesin müflisləşməsi” İşçi qrupunun sahibkarlıq subyektləri ilə görüşü keçirilibBu gün, 12:02Yaşa görə pensiya alanların sayı açıqlanıbBu gün, 11:23Dövlət Başçısı Səudiyyə Ərəbistanının Kralına təbrik məktubu ünvanlayıbBu gün, 11:18Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıbBu gün, 10:56“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!Bu gün, 10:47Əmtəə bazarlarında qızılın qiyməti 2 650 dolları ötübBu gün, 10:41Qarabağ Universitetində ilk dərs günü - FOTOBu gün, 10:38Paytaxtın Xaqani küçəsində üfüqi yol nişanlanması işləri görülübBu gün, 10:25Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatırBu gün, 10:17“McDonald's Azərbaycan” internat məktəbinin şagirdləri ilə birlikdə sahilboyu ərazidə təmizlik aksiyası keçirib - FOTOBu gün, 10:11Braziliyada keçirilən G20 tədbirində Azərbaycanın turizm təcrübəsi təqdim edilibBu gün, 10:03
Bütün xəbərlər