DİN-dən azyaşlı uşağı zorlamaq istəyənlə bağlı açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN-dən azyaşlı uşağı zorlamaq istəyənlə bağlı açıqlama

17:03 - 24 / 07 / 2017
DİN-dən azyaşlı uşağı zorlamaq istəyənlə bağlı açıqlama

Daxili İşlər Nazirliyi Bakıda azyaşlı oğlanı zorlamağa cəhd edən manyakı saxlayıb.

1news.az az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin İnformasiya bölməsinin rəisi, polis polkovnik-leytenantı İlham Babayev “Qafqazinfo”ya bildirib.

O deyib ki, hadisə iyulun 21-də axşam saatlarında Xətai rayonunda baş verib.

Rayonların birindən Bakıya işləməyə gələn şəxs 2009-cu il təvəllüdlü oğlana qarşı seksual xarakterli hərəkətlər edib.Hadisəni törədən şəxs Əlahiddə Çevik Polis Alayının və Xətai RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir. Hadisənin törədən şəxsin kimliyi istintaq sirri sayıldığı üçün açıqlanmır.

1news.az

Paylaş:
713

Son xəbərlər

Bütün xəbərlər