Dəmir yolunun Muğan-Qarasu mənzilində 9,3 kilometr yol əsaslı təmir olunur | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dəmir yolunun Muğan-Qarasu mənzilində 9,3 kilometr yol əsaslı təmir olunur

18:06 - 25 / 07 / 2017
Dəmir yolunun Muğan-Qarasu mənzilində 9,3 kilometr yol əsaslı təmir olunur

İyulun 25-də dəmir yollarının Muğan-Qarasu mənzilində 9,3 kilometr yol əsaslı təmir olunur.

1news.az-ın “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi xəbərə görə, əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. MMC-nin baş mühəndisi İsmayıl Sadıqovun sözlərinə görə, təmir işləri bir həftə müddətinə davam edəcək.

Xatırladaq ki, 2015-ci il aprelin 14-də “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 kilometr hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.

Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 305 kilometr dəmir yolu əsaslı təmir olunub.

Babək Cahandarov

Paylaş:
778

Son xəbərlər

Bütün xəbərlər