Reks Tillerson istefaya gedir? | 1news.az | Xəbərlər
Dünya

Reks Tillerson istefaya gedir?

09:27 - 25 / 07 / 2017
Reks Tillerson istefaya gedir?

ABŞ dövlət katibi Reks Tillerson vaxtından əvvəl  öz vəzifəsini tərk edə bilər.

1news.az-ın məlumatına görə, bu barədə CNN telekanalı xəbər yayıb.

Məlumata əsasən, Tillersonla Ağ Ev arasında İranla dialoq,  kadr siyasəti ilə bağlı ciddi fikir ayrılığı mövcuddur. Bu səbəbdən Tillersonun ilin sonunadək,  hətta daha tez istefa verəcəyi gözləniir.

 “Onun məyus olması sirr deyil, bəzən bu açıq şəkildə özünü göstərir”, deyə CNN kanalı bildirib.

Pərvanə Sultanova

 

Paylaş:
738

Son xəbərlər

Bütün xəbərlər