Rusiyalı siyasətçi: Tillersonun istefası Trampın uduzması demək olacaq | 1news.az | Xəbərlər
Dünya

Rusiyalı siyasətçi: Tillersonun istefası Trampın uduzması demək olacaq

12:06 - 25 / 07 / 2017
Rusiyalı siyasətçi: Tillersonun istefası Trampın uduzması demək olacaq

ABŞ dövlət katibi Reks Tillersonun vəzifəsindən mümkün gedişi prezident Donald Trampın uduzması demək olacaq. 

1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının xarici əlaqələr komitəsi sədrinin birinci müavini Vladimir Cabarov deyib.

Onun sözlərinə görə, Rusiya istənilən dövlət katibi ilə işləyəcək və bu, ABŞ-ın daxili məsələsidir: “Amma əgər Tillersonun yerinə “şahin” təyin edilərsə, nə etməli, “soyuq müharibə”yə hazırlaşacağıq”.

Cabarov vurğulayıb ki, Tillersonun istefası Trampın Konqresə uduzması demək olacaq:

“Tramp adminstrasiyasının “gözlənilməz” addımlarından yorulan  Tillersonun gedişi realdır.Tillersson Rusiya ilə əlaqələrin, dialoqun tərəfdarı kimi çıxış edib, Əgər getməyi qərara alıbsa, Tramp özü üçün ən vacib bir adamı itirəcək”.

Pərvanə Sultanova

Paylaş:
754

Son xəbərlər

Bütün xəbərlər