İribuynuzlu heyvanların bruselyoz xəstəliyinə qarşı peyvəndlənməsinə başlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İribuynuzlu heyvanların bruselyoz xəstəliyinə qarşı peyvəndlənməsinə başlanılıb

16:18 - 26 / 07 / 2017
İribuynuzlu heyvanların bruselyoz xəstəliyinə qarşı peyvəndlənməsinə başlanılıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən  ölkə ərazisində iribuynuzlu heyvanların bruselyoz xəstəliyinə qarşı peyvəndləməsinə start verilib.

Xidmətdən 1news.az-a verilən məlumata görə, Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində bruselyoz xəstəliyi əleyhinə 400 min doza miqdarında “S-19 “ peyvənd vasitəsi alınaraq iribuynuzlu heyvanlar arasında tətbiqinə başlanılıb. Bu peyvənd vasitəsi iribuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyini törədən “Brusella abortusa” qarşı immunitet yaradır.

Peyvəndləmə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin sahə baytar həkimləri tərəfindən göz-damcı üsulu ilə 3-8 aylıq dişi danalar arasında aparılır. Alimlərin son tədqiqatlarına əsasın ştamm “S-19” peyvənd vasitəsinin iribuynuzlu heyvanlarda rast gələn “Brusella mellitenzisə”də qarşı əsasən uzunmüddətli immunitet yaradır.

Dövlət Xidmətinin mütəxəssisləri rayonlara ezam olunaraq, həkimlərə vaksinin istifadəsi və biotəhlükəsizlik qaydaları barədə təlim keçiblər. Peyvəndə cəlb edilən heyvanlar həkimlər tərəfindən qeydiyyata alınır və gulaqlarında xüsusi kəsik aparılmaqla nişanlanır. Bu peyvəndlənmə kampaniyasının layihə tərəfindən 3 il müddətində maliyyələşdirilməsi nəzərdə tutulub. Nəticədə, naxırlarda bruselyoz xəstəliyinə həssas olan heyvanların sağlam və uzunmüddətli immuniteti olan heyvanlarla əvəz olunması gözlənilir.

Qeyd edək ki, ötən il xırdabuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyinə  qarşı “tam sürü” prinsipi ilə “Rev-1” göz-damcı üsulu ilə peyvəndləməsinə başlanıb və hazırda paralel olaraq bu tədbirlər davam etdirilir.

Bruselyoz uzun müddət müalicə tələb edən, oynaq sisteminə təsir göstərən, çox zaman ağırlaşmalar və əlilliyə gətirən xroniki, təhlükəli xəstəlikdir. İnsanlar bu xəstəliyə heyvan mənşəli çiy qidalar – xüsusilə, çiy süd, duza qoyulmamış yeni hazırlanmış pendir və süd məhsullarının istifadəsi ilə, xəstə heyvanlarla təmasda olan, doğuş və sağım zamanı yoluxa bilərlər.

Babək Cahandarov

Paylaş:
874

Son xəbərlər

Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladıBu gün, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAMBu gün, 15:14Mikayıl Cabbarov Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri ilə görüş keçiribBu gün, 15:06Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:03Azərbaycan Çində keçirilən İpək Yolu konfransında təmsil olunubBu gün, 15:01Heydər Əsədov Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən azad olunubBu gün, 15:00Şahin Seyidzadə “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri vəzifəsindən azad edilibBu gün, 14:58Polad Bülbüloğlu Azərbaycanın Rusiyadakı səfiri vəzifəsindən geri çağırılıbBu gün, 14:57İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edibBu gün, 14:57Əli Əhmədov Baş nazirin müavini vəzifəsindən azad edilibBu gün, 14:542024-2025-ci tədris ili üçün tələbələrin köçürülməsi yekunlaşıbBu gün, 14:38Bu gün görkəmli yazıçı Sabit Rəhmanın anım günüdürBu gün, 14:16Azərbaycanda minimum əməkhaqqı və minimum pensiya artırılacaqBu gün, 13:56Prezident Milli Məclisdə çıxışında Ermənistanla münasibətlərin normallaşması məsələsinə toxunubBu gün, 13:45Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVABu gün, 13:27Prezident quru sərhədlərin bağlı olmasından danışdı: Bizi böyük fəlakətlərdən xilas etdiBu gün, 13:15Sabah yağış yağacağı gözlənilir - ProqnozBu gün, 13:03VII çağırış Milli Məclis sədrinin müavinləri seçilib, say artırılıb - ADLARBu gün, 12:50“Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır”Bu gün, 12:36“Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirinin rəsmi açılış mərasimi keçirilibBu gün, 12:35
Bütün xəbərlər