ABŞ-da 91 yaşlı qadın gözəllik kraliçası seçilib
ABŞ-ın 91 yaşlı sakini Kristina Farley gözəllik kraliçası seçilib.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Kristina Farley yaşlıların qatıldığı “Ms Connecticut Senior America” adlı müsabiqədə iştirak edib və qalib gəlib.
K.Farley bildirib ki, insanlar 60 yaşından sonra həyatın bitdiyini düşünür, amma bu, doğru deyil. O qeyd edib ki, belə müsabiqələrin ən yaxşı cəhəti insanlara müsbət təsir göstərməsidir. Bu cür yarışlar həyatı sevmək üçün onlara bir daha fürsət verir.
1news.az
786