Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyyə olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyyə olunub

09:30 - 26 / 07 / 2017
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyyə olunub

Bakıda yerləşən çoxmərtəbəli yaşayış binalarının birində yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, paytaxtın Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının şaxtasından (10-cu mərtəbədən 11-ci mərtəbəyə qədər) keçən elektrik kabelləri 10 p.m  yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər bina sakini xilas, 20 nəfər təhlükəsiz əraziyə təxliyyə olunub və 3 nəfərə Təcili Tibbi Yardım Xidməti tərəfindən ilkin tibbi yardım göstərilib.

Mənzillər yanğından mühafizə olunub.

Babək Cahandarov

Paylaş:
814

Son xəbərlər

Bütün xəbərlər