Sabah da külək əsəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah da külək əsəcək

12:44 - 26 / 07 / 2017
Sabah da külək əsəcək

İyulun 27-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə  23-26° isti, gündüz  31-36°, Bakıda gecə 24-26° isti, gündüz  32-34° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Lakin günün birinci yarısında  bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturunun gecə 20-25° isti, gündüz 35-39° isti, dağlarda gecə 13-18° isti, gündüz  22-27° isti olacağı gözlənilir.

S.Xankişiyeva

Paylaş:
1187

Son xəbərlər

Bütün xəbərlər