Meteoroloqlardan xəbərdarlıq: Hava şəraiti istiləşəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Meteoroloqlardan xəbərdarlıq: Hava şəraiti istiləşəcək

13:51 - 27 / 07 / 2017
Meteoroloqlardan xəbərdarlıq: Hava şəraiti istiləşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin istiləşəcəyi barədə xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun  28-29-da  havanın maksimal temperaturunun 34-39 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyulun 28-dən  ayın sonunadək  hava şəraitinin isti olacağı gözlənilir. Havanın maksimal temperaturu  35-40, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 42, dağlıq rayonlarda isə 27-32 dərəcə isti olacaq. Qərb küləyi əsəcək, iyulun 29-u gündüzdən  iyulun 31-dək  ayrı-ayrı yerlərdə  arabir  güclənəcək.

Babək Cahandarov

Paylaş:
742

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər