Güclü dolu İstanbulu iflic edib – FOTO | 1news.az | Xəbərlər
Dünya

Güclü dolu İstanbulu iflic edib – FOTO

09:37 - 28 / 07 / 2017
Güclü dolu İstanbulu iflic edib  – FOTO

Dünən axşam saatlarında Türkiyənin İstanbul şəhərinə şiddətli dolu düşüb.

1news.az-ın Haberturk-ə istinadla verdiyi xəbərə görə, güclü küləklə müşayiət olunan dolu şəhərin əsas nəqliyyat arteriyalarında problemlər yaradıb, avtomobillərə ciddi ziyan vurub.

Dəniz səfərləri və bəzi aviareyslər təxirə salınıb. Küçələrdə piyadaların hərəkəti çətinləşib, su basmış iş yerlərindən insanlar xilasedicilər tərəfindən təxliyə olunublar.

Təbii fəlakət İstanbul limanlarından birində yanğına səbəb olub, bəzi tikililərdə dağıntılar baş verib.

S.Xankişiyeva

Paylaş:
942

Son xəbərlər

Bütün xəbərlər