Prezidentin qızı həbs olundu
Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova həbs olunub.
1news.az-ın məlumatına görə, bu barədə Özbəkistan Baş Prokurorluğunun Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya ilə Mübarizə üzrə İdarəsi məlumat yayıb.
Məlumata görə, G. Kərimovaya qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, G.Kərimova 2015-ci ildə saxlanılıb və ona beş il həbs cəzası verilib. Hazırda həbsdə olan Gülnarə Kərimovaya qarşı “külli məbləğdə dövlət əmlakının mənimsəmək, hədə-qorxu ilə pul tələb etmək” maddələri ilə ittiham irəli sürülüb.
Babək Cahandarov
748