Jurnalistikaya qəbul olunmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Jurnalistikaya qəbul olunmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirilib

14:50 - 29 / 07 / 2017
Jurnalistikaya qəbul olunmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirib.

DİM-dən 1news.az-a verilən məlumata görə, bu mərhələdə III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən və 2017-ci ilin iyulun 21‑dən 24‑dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş abituriyentlər iştirak ediblər.

İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Xaçmaz və Şirvan şəhərlərində təşkil olunub.

İmtahan bütün binalarda saat 11:00-da başlanıb və 2 saat 30 dəqiqə davam edib.

İmtahanın başlanmasından bir neçə dəqiqə əvvəl Mətbuat Şurasının və KİV nümayəndələrinin iştirakı ilə təklif olunan 217 mövzu arasından 3 mövzu seçilib və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılıb. Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazıblar. Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı jurnalistika ixtisasını ərizələrində qeyd edə biləcəklər.

İxtisas seçimi iyulun 29‑dan avqustun 10-dək aparılacaq.

1news.az

 

Paylaş:
690

Son xəbərlər

Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladıBu gün, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAMBu gün, 15:14Mikayıl Cabbarov Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri ilə görüş keçiribBu gün, 15:06Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:03Azərbaycan Çində keçirilən İpək Yolu konfransında təmsil olunubBu gün, 15:01Heydər Əsədov Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən azad olunubBu gün, 15:00Şahin Seyidzadə “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri vəzifəsindən azad edilibBu gün, 14:58Polad Bülbüloğlu Azərbaycanın Rusiyadakı səfiri vəzifəsindən geri çağırılıbBu gün, 14:57İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edibBu gün, 14:57Əli Əhmədov Baş nazirin müavini vəzifəsindən azad edilibBu gün, 14:542024-2025-ci tədris ili üçün tələbələrin köçürülməsi yekunlaşıbBu gün, 14:38Bu gün görkəmli yazıçı Sabit Rəhmanın anım günüdürBu gün, 14:16Azərbaycanda minimum əməkhaqqı və minimum pensiya artırılacaqBu gün, 13:56Prezident Milli Məclisdə çıxışında Ermənistanla münasibətlərin normallaşması məsələsinə toxunubBu gün, 13:45Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVABu gün, 13:27Prezident quru sərhədlərin bağlı olmasından danışdı: Bizi böyük fəlakətlərdən xilas etdiBu gün, 13:15Sabah yağış yağacağı gözlənilir - ProqnozBu gün, 13:03VII çağırış Milli Məclis sədrinin müavinləri seçilib, say artırılıb - ADLARBu gün, 12:50“Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır”Bu gün, 12:36“Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirinin rəsmi açılış mərasimi keçirilibBu gün, 12:35
Bütün xəbərlər