Pakistanın yeni baş naziri kim olacaq?
Pakistanın sabiq baş naziri Nəvaz Şərifin qardaşı Şehbaz Şərif ölkənin yeni baş naziri olacaq.
1news.az-ın “sputniknews.com”a istinadən verdiyi məlumata görə, bu barədə hakimiyyətdəki Pakistan Müsəlman Liqası Partiyası rəhbərliyinin iclasında qərar qəbul edilib.
Hələlik enerji və təbii sərvətlər naziri Şahid Xaqan Abbasi 1,5 ay müddətinə müəyyən edilmiş keçid dövrü üçün baş nazir təyin olunub. Məhz bu müddət ərzində hazırda Pəncab vilayətinin rəhbəri olan Ş. Şərif parlament üzvü seçilərək hökümətə başçlıq etmək hüququ qazanacaq. Parlamentdə çoxluğa malik Pakistan Müsəlman Liqasının tezliklə yeni hökuməti formalaşdıracağı gözlənilir.
Qeyd edək ki, cümə günü Pakistan Ali Məhkəməsi baş nazir Nəvaz Şərifi hakimiyyətdən kənarlaşdırıb. Qərar baş nazir və onun ailə üzvlərinin korrupsiya əməllərinə dair istintaq işinin yekunları əsasında qəbul edilib. Sabiq baş nazirə qarşı cinayət işi açılıb.
1news.az