Bakı-Quba yolunda qəza, ölən və xəsarət alan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Quba yolunda qəza, ölən və xəsarət alan var

14:25 - 31 / 07 / 2017
Bakı-Quba yolunda qəza, ölən və xəsarət alan var

Siyəzən rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az APA-ya istinadla xəbər verir ki, Bakı-Quba yolunun 112-ci km-də Bakı şəhər sakini, 24 yaşlı Rübabə Əliyevanın idarə etdiyi “KİA” markalı avtomobil aşıb.

Qəza nəticəsində maşında olan sərnişin, sürücünün anası, 55 yaşlı Sənəm Əliyeva ölüb. Sürücü isə ağır bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 1news.az

Paylaş:
728

Son xəbərlər

Bakıda kafe yanıb

Bu gün, 11:01
Bütün xəbərlər