Şəmkirdə yolun kənarından qumbara tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkirdə yolun kənarından qumbara tapılıb

21:26 - 31 / 07 / 2017
Şəmkirdə yolun kənarından qumbara tapılıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Şəmkir rayonunda apardığı təmizləmə əməliyyatları ilə bağlı məlumat yayıb.

Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Şəmkir rayonunun Bayramlı kəndində kənd yolunun kənarına baxış keçirilib. Baxış zamanı 1 ədəd F-1 əl qumbarası aşkar edilərək götürülüb, nəticə etibarilə 100 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə  Agentlik tərəfindən 01 yanvar – 31 iyul 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Daşkəsən, Salyan, Şəmkir, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 10 otlaq sahəsinə, 11 əkin sahəsinə, 1 bağçılıq sahəsinə, 1 fermaya, 1 hərbi hissənin yaxınlığına, 1 gəmilərin yanalma məntəqəsinə, 1 su nasos stansiyası yaxınlığına, 167 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, rabitə xəttinin çəkiləcəyi əraziyə, keçmiş hərbi şəhərciyə,  suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib.

Keçirilmiş baxışlar zamanı 5 850 ədəd partlamamış hərbi sursat, 194 ədəd tank əleyhinə mina və 31 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 4 694 877 kv.m ərazi (717 093 kv.m əl ilə, 1 607 140 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 2 257 644 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Babək Cahandarov

Paylaş:
655

Son xəbərlər

Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşübBu gün, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏRBu gün, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladıBu gün, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTOBu gün, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olubBu gün, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 2Bu gün, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİBBu gün, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQBu gün, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıbBu gün, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildiBu gün, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”Bu gün, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEOBu gün, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladıBu gün, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAMBu gün, 15:14Mikayıl Cabbarov Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri ilə görüş keçiribBu gün, 15:06Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:03Azərbaycan Çində keçirilən İpək Yolu konfransında təmsil olunubBu gün, 15:01Heydər Əsədov Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən azad olunubBu gün, 15:00Şahin Seyidzadə “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri vəzifəsindən azad edilibBu gün, 14:58Polad Bülbüloğlu Azərbaycanın Rusiyadakı səfiri vəzifəsindən geri çağırılıbBu gün, 14:57
Bütün xəbərlər