ABŞ-ın Bakıdakı səfirliyi qarşısında “Allahu Əkbər” deyə qışqıran şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

ABŞ-ın Bakıdakı səfirliyi qarşısında “Allahu Əkbər” deyə qışqıran şəxs saxlanılıb

09:45 - 31 / 07 / 2017
ABŞ-ın Bakıdakı səfirliyi qarşısında “Allahu Əkbər” deyə qışqıran şəxs saxlanılıb

ABŞ-ın Azərbaycandakı səfirliyinin binası qarşısında insident baş verib.

1news.az APA-ya istinadla xəbər verir ki, naməlum şəxs səfirliyin qarşısında “Allahu Əkbər” deyə qışqırıb. Həmin şəxs dərhal saxlanılaraq Nəsimi rayon Polis İdarəsinə aparılıb.

 Nəsimi rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, araşdırma zamanı bu şəxsin Bakı şəhər sakini, 1952-ci il təvəllüdlü Əli Səməd oğlu Quliyev olduğu müəyyən edilib. Ə. Quliyevin izahatı alınaraq sərbəst buraxılıb. 

 1news.az

Paylaş:
695

Son xəbərlər

Konyada güclü zəlzələ oldu

15 / 05 / 2025, 17:15
Bütün xəbərlər