İraq səfirliyinin yaxınlığında partlayış | 1news.az | Xəbərlər
Dünya

İraq səfirliyinin yaxınlığında partlayış

11:50 - 31 / 07 / 2017
 İraq səfirliyinin yaxınlığında partlayış

Əfqanıstan paytaxtı Kabildə terroçu-kamikadze özünü İraq səfirliyinin yaxınlığında partladıb.

1news.az xəbər verir ki, bu barədə ölkənin Khaama Press agentliyi məlumat yayıb.

Hadisə yerindən silah səsləri eşidilib, xəsarət alanlar barədə hələlik məlumat yoxdur. Partlayışın hədəfinin İraq səfirliyi olduğu vurğulanıb.

Kabil polisinin nümayəndəsi Basir Mücahid şəhərdə partlayış olduğunu təsdiqləyib, amma təəfərrüatları açıqlamayıb.

P.Sultanova

Paylaş:
950

Son xəbərlər

Bütün xəbərlər