Ermənistanda yas mərasimində qanlı olay - FOTO | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanda yas mərasimində qanlı olay - FOTO

15:03 - 01 / 08 / 2017
Ermənistanda yas mərasimində qanlı olay - FOTO

Ermənistanın Şamiram kəndində yas mərasimi zamanı silahlı hücum olub.

1news.az  “news.am”a istinadla xəbər verir ki, mərasim zalına daxil olan naməlum şəxs atəş açıb.

Hadisə nəticəsində 4 nəfər ölüb. Ölənlərin hamısı kişidir, daha dörd yaralı var.

Hadisə şahidləri nəyin baş verdiyini anlamadıqlarını deyib. Onların sözlərinə görə, “Niva” markalı maşınla gələn naməlum şəxs, atəş açdıqdan sonra, oranı tərk edib.

Polis hadisənin məişət zəminində törədildiyini etimal edir.

P.Sultanova

Paylaş:
919

Son xəbərlər

Bütün xəbərlər