Rezidenturanın boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Rezidenturanın boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlanıb

16:13 - 01 / 08 / 2017
Rezidenturanın boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturanın boş qalan plan yerlərinə müsabiqənin nəticələrini açıqlayıb.

1news.az-ın DİM-ə istinadən verdiyi xəbərə görə, 2017/2018-ci tədris ili üçün rezidenturaya boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 13 namizəd ərizə ilə müraciət edib. Onlardan 11 namizəd qəbul olub.

Rezidenturaya qəbul olanlar tələb olunan sənədləri avqustun 2 və 3-də Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaq.

Qəbul olmuş 11 namizədin siyahı ilə DİM-in saytından tanış ola bilər.

Babək Cahandarov

Paylaş:
533

Son xəbərlər

Bütün xəbərlər