Şəkidə iki ev yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəkidə iki ev yanıb

11:49 - 01 / 08 / 2017
Şəkidə iki ev yanıb

Şəki rayonunda iki evdə güclü yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Şəki şəhərində vətəndaşa məxsus ümumi sahəsi 168 m2 olan birmərtəbəli  3 otaq və aynabənddən ibarət evin  yanar konstruksiyaları,  ümumi sahəsi 14 m2 olan  talvarın yanar konstruksiyaları yanıb.

Bundan başqa digər vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan birmərtəbəli  4 otaq  və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 10 m2 sahədə yanıb. Evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.

Babək Cahandarov

Paylaş:
634

Son xəbərlər

Bütün xəbərlər