Təlafərin İŞİD-dən azad edilməsinə başlanılıb
İraq təhlükəsizlik qüvvələri Təlafər şəhərində İŞİD terrorçularına qarşı əməliyyatlara başlayıb.
1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, əməliyyatlar dünən gecədən başlayıb və 18-ə yaxın kənd azad edilib.
İraq ordusunun zabiti Fahda Abdullah Taai bildirib ki, təxminən 100 tank və əsgərlərin olduğu zirehli maşınlar şəhərin 40 kilometrliyində dayanıblar. Hücumda 40 min əsgərin iştirak edəcəyi nəzərdə tutulur.
Şəhərdə min İŞİD-çinin ailəsi ilə birgə olduğu təxmin edilir. Onların bir hissəsi Mosuldan gələnlərdir.
Məlumata görə, Təlafərdə dinc əhali qalmayıb. Şəhərin iki həftə ərzində azad ediləcəyi gözlənilir.
P.Sultanova
619