Sarayda maşın su kanalına düşüb, sürücü boğulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Sarayda maşın su kanalına düşüb, sürücü boğulub

09:19 - 02 / 08 / 2017
Sarayda maşın su kanalına düşüb, sürücü boğulub

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

1news.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonu, Saray qəsəbəsində “Mercedes” markalı minik avtomobilinin su kanalına düşməsi nəticəsində 1 nəfərin suda batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.

Az sonra suda batan sürücü, 1978-ci il təvəllüdlü Elnur Elxan oğlu Salmanovun cəsədi dalğıc-xilasedicilər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Babək Cahandarov

Paylaş:
1188

Son xəbərlər

Bütün xəbərlər