İyul ayında BTC kəməri ilə 2,4 milyon ton Azərbaycan nefti nəql olunub

Cari ilin iyul ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 403 min 234 ton Azərbaycan nefti nəql olunub.
1news.az-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu ilin yanvar-iyul aylarında bu kəmərlə 15 milyon 577 min 521 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il avqust ayının 1-ə qədər BTC-yə 337 milyon 115 min 583 ton neft vurulub.
Bundan başqa, 2017-ci ilin iyul ayında BTC kəməri ilə 486 min 269 ton Türkmənistan nefti nəql olunub.
Babək Cahandarov
620