Ötən altı ayda Naftalana gələn turistlərin sayında 17 faiz artım qeydə alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən altı ayda Naftalana gələn turistlərin sayında 17 faiz artım qeydə alınıb

20:42 - 03 / 08 / 2017
Ötən altı ayda Naftalana gələn turistlərin sayında 17 faiz artım qeydə alınıb

Naftalan Şəhər İcra Hakimiyyətində 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, yığıncaqda Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanovun hesabat məruzəsi dinlənilib. Məruzədə bildirilib ki, ölkəmizdə geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri kurort şəhəri olan Naftalanda da yüksək templə davam edib.

Bu, özünü həm 2017-ci ilin birinci yarısının statistik göstəricilərində, həm də şəhər əhalisinin rifahında göstərib. Belə ki, Naftalan şəhərində 2017-ci ilin birinci yarısında ümumi məhsul buraxılışı keçən ilin müvafiq dövrü ilə müqayisədə 74,1 faiz artaraq 10 milyon 300 min manat, iqtisadiyyatın aparıcı sahəsi olan sənaye məhsulu xidmətlərinin həcmi 6,4 faiz artaraq 1 milyon 57 min manat təşkil edib. Əhaliyə 150,4 min manatlıq nəqliyyat xidməti göstərilib. Əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan ödənişli xidmətlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 30,7 faiz artaraq 6 milyon 168 min manat olub. Pərakəndə əmtəə dövriyyəsinin həcmi 9 milyon 456 min manata, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı isə 274,2 manata çatıb.

Hesabat dövründə onmərtəbəli, 42 otaqdan ibarət yeni “Avtovağzal Otel” kompleksində, Əlillərin Regional Bərpa Mərkəzində tikinti işləri davam etdirilib. Həmçinin əhaliyə göstərilən tibbi xidmətin yüksəldilməsi məqsədilə yeni xəstəxana inşa olunur.

Qeyd edilib ki, son illər Naftalanın beynəlxalq səviyyəli sanatoriya kurort mərkəzinə çevrilməsi məqsədi ilə kompleks işlər həyata keçirilib, şəhərin bütün infrastrukturunun inkişafına diqqət artırılıb, geniş quruculuq və abadlıq işləri görülüb. Bu gün Naftalan şəhəri həm müalicəvi nefti ilə xəstələrin müalicəsində daha effektiv nəticələr əldə olunmasına, həm də istirahət üçün burada yaradılan müasir turizm infrastrukturuna görə turistlər üçün daha cəlbedici kurort mərkəzinə çevrilib. 2017-ci ilin birinci yarımilində şəhərə şəfa tapmaq və istirahət etmək məqsədilə üz tutan yerli və xarici turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz çox olub. 2017-ci ilin altı ayında Naftalanın turizm obyektlərində 9,5 min turist qeydə alınıb ki, bunun da 4012 nəfəri 50-ə yaxın xarici ölkədən gələn turistlərdir. Həmçinin “TurStat” analitik agentliyinin apardığı sorğuya əsasən, Naftalan postsovet məkanında rusiyalılar arasında ən populyar müalicəvi kurort şəhəri sayılıb.

Vurğulanıb ki, Prezident İlham Əliyevin xarici ölkələrə ixrac missiyalarının təşkili, xarici bazarların araşdırılması və bu sahə üzrə müvafiq tapşırıqların icrası çərçivəsində Naftalan nefti əsasında məhsullar hazırlayan və yeni fəaliyyətə başlayan “Qətransız Naftalan məlhəmi” MMC-nin istehsal etdiyi məhsulların “Made in Azerbaijan” brendi altında xarici bazarlara ixracı şəhərin iqtisadiyyatının inkişafına və Naftalan neftinin tanıdılmasına əlavə təkan verəcək.

Sonda şəhərin sosial-iqtisadi inkişafı ilə əlaqədar 2017-ci ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələrə dair təşkilat və müəssisə rəhbərlərinin məruzəsi dinlənilib.

S.Xankişiyeva

 

Paylaş:
902

Son xəbərlər

Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşübBu gün, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏRBu gün, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladıBu gün, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTOBu gün, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olubBu gün, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 2Bu gün, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİBBu gün, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQBu gün, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıbBu gün, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildiBu gün, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”Bu gün, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEOBu gün, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladıBu gün, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAMBu gün, 15:14Mikayıl Cabbarov Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri ilə görüş keçiribBu gün, 15:06Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:03Azərbaycan Çində keçirilən İpək Yolu konfransında təmsil olunubBu gün, 15:01Heydər Əsədov Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən azad olunubBu gün, 15:00Şahin Seyidzadə “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri vəzifəsindən azad edilibBu gün, 14:58Polad Bülbüloğlu Azərbaycanın Rusiyadakı səfiri vəzifəsindən geri çağırılıbBu gün, 14:57
Bütün xəbərlər