Bakıda Gürcüstan vətəndaşından 5 kiloqrama yaxın narkotik götürülüb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda Gürcüstan vətəndaşından 5 kiloqrama yaxın narkotik götürülüb – FOTO

20:55 - 03 / 08 / 2017
Bakıda Gürcüstan vətəndaşından 5 kiloqrama yaxın narkotik götürülüb – FOTO

Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Gürcüstan vətəndaşı saxlanılıb.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, Yasamal Rayon Polis İdarəsi (RPİ) Narkotiklərlə Mübarizə Bölməsi (NMB) əməkdaşlarının daxil olan məlumat əsasında həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən Gürcüstan vətəndaşı Maksime Kobuladze saxlanılıb.

Onun əlindəki torbaya baxış zamanı külli miqdarda -  4 kiloqram 700 qram narkotik maddə qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində M.Kobuladzenin ətrafında həyata keçirilən əlavə əməliyyat tədbirləri ilə müəyyən edilib ki, o, narkotik tərkibli bitkiləri Tovuz rayonu ərazisində yabanı halda bitən sahədən yığıb.

Saxlanılan şəxsin ifadəsinin yerində yoxlanılması məqsədi ilə Yasamal RPİ-nin NMB-nin əməkdaşları Tovuz rayonuna ezam olunub. Həmin ərazidə yabanı halda bitən 750 ədəd ümumi çəkisi 800 kiloqram olan çətənə kolu aşkar olunub və müvafiq protokol tərtib olunaraq məhv edilib.

Faktla bağlı Yasamal RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, yabanı halda bitən narkotik xassəli bitkilərə qarşı mübarizənin daha da genişləndirilməsi, həmin kolların cinayətə meyilli şəxslərin əlinə keçməsinin qarşısını vaxtında alınması və yerinin müəyyən edilərək məhv edilməsində polis əməkdaşlarına vətəndaşlar da yaxından köməklik göstərməlidirlər. Yabanı şəkildə bitən narkotik tərkibli kolların yeri haqqında məlumatı olan şəxslər bu barədə yaxınlıqdakı polis orqanlarına və ya DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

Babək Cahandarov

Paylaş:
581

Son xəbərlər

Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşübBu gün, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏRBu gün, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladıBu gün, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTOBu gün, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olubBu gün, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 2Bu gün, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİBBu gün, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQBu gün, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıbBu gün, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildiBu gün, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”Bu gün, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEOBu gün, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladıBu gün, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAMBu gün, 15:14Mikayıl Cabbarov Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri ilə görüş keçiribBu gün, 15:06Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:03Azərbaycan Çində keçirilən İpək Yolu konfransında təmsil olunubBu gün, 15:01Heydər Əsədov Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən azad olunubBu gün, 15:00Şahin Seyidzadə “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri vəzifəsindən azad edilibBu gün, 14:58Polad Bülbüloğlu Azərbaycanın Rusiyadakı səfiri vəzifəsindən geri çağırılıbBu gün, 14:57
Bütün xəbərlər