Neft ucuzlaşmaqda davam edir

Dünya birjalarında neftin qiyməti aşağı düşməkdə davam edir.
1news.az-ın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,32 faiz azalaraq 49,43 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,36 faiz azalaraq 52,17 dollar olub.
Babək Cahandarov
426