Müəllimlərin işə qəbulu üzrə imtahandan 4 nəfər çıxarılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Müəllimlərin işə qəbulu üzrə imtahandan 4 nəfər çıxarılıb

14:25 - 04 / 08 / 2017
Müəllimlərin işə qəbulu üzrə imtahandan 4 nəfər çıxarılıb

Müəllimliyə imtahan verən bəzi şəxslərin nəticələri uğurlu deyil, davranışları seçdikləri peşəyə uyğun gəlmir.

Bu il ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahan mərhələsindən 4 nəfər telefon və elektron əşyalar keçirməsi səbəbindən çıxarılıb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Təhsil Nazirliyinin sektor müdiri Rasim Məmmədov bildirib ki, telefon və elektron əşyaların imtahana keçirilməsinin qadağan edildiyi barədə xəbərdarlıqlara baxmayaraq, hər kəs buna cəhd edir.

 4 nəfərin bu səbəbdən imtahandan çıxarıldığını deyən R.Məmmədov qeyd edib ki, müəllimliyə imtahan verən bəzi şəxlərin nəinki nəticələri uğurlu deyil, davranışları da seçdikləri peşəyə uyğun gəlmir: “Qaydaları pozurlar. Etik davranışları müəllimliyə yaraşmır".

S.Xankişiyeva

Paylaş:
674

Son xəbərlər

Bütün xəbərlər