Dubayda 79 mərtəbəli binada yanğın olub | 1news.az | Xəbərlər
Dünya

Dubayda 79 mərtəbəli binada yanğın olub

09:05 - 04 / 08 / 2017
Dubayda 79 mərtəbəli binada yanğın olub

Dubayda dünyanın ən hündür göydələnlərindən biri olan 79 mərtəbəli "Torch Tower" binasında yanğın olub.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, 9-cu mərtəbədə başlayan yanğın yuxarı mərtəbələrə keçib.

Alovun qarşısının alınmasına 4 yanğınsöndürmə stansiyasının əməkdaşları cəlb edilib. Binada yaşayanların xəsarət alması barədə məlumat verilmir.

Oxşar yanğın hadisəsi bu binada 2015-ci ildə də baş vermişdi.

S.Xankişiyeva

Paylaş:
1057

Son xəbərlər

Bütün xəbərlər