Gədəbəydə göldə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB

Gədəbəydə göldə batan şəxsin meyiti tapılıb.
1news.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri 2002-ci il təvəllüdlü Abbasov Pərviz İsa oğlunun cəsədini taparaq sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
21:00
Gədəbəy sakini göldə batıb.
1news.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Gədəbəy rayonu, Şınıx kəndində 1 nəfərin göldə batması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.
1news.az