İran prezidentinin andiçməsi keçirilib | 1news.az | Xəbərlər
Dünya

İran prezidentinin andiçməsi keçirilib

17:37 - 05 / 08 / 2017
İran prezidentinin andiçməsi keçirilib

Tehranda parlament binasında İran prezidenti Həsən Ruhaninin inauqurasiyası keçirilib.

1news.az-ın məlumatına görə, rəsmi mərasimdə H.Ruhani parlament üzvləri, siyasətçilər və xarici qonaqlar qarşısında and içib. Bu gün eyni zamanda, İran prezidentinin yeni hökumətin tərkibini təqdim edəcəyi də gözlənilir.

H.Ruhaninin inauqurasiyasında Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti də iştirak edir.

Qeyd edək ki, Ruhani may ayında İranda keçirilən prezident seçkilərində növbəti dəfə qalib gəlib.

1news.az

 

Paylaş:
973

Son xəbərlər

Bütün xəbərlər