Konqoda iki qəbilə arasında toqquşma: 50 nəfər ölüb
Konqoda iki qəbilə arasında baş verən toqquşmada 50 nəfər həlak olub. Bu barədə “Reuters” məlumat yayıb.
1news.az xəbər verir ki, hadisə Konqo Demokratik Respublikasının şərqində, Tanqanika vilayətindəki Kalimie şəhəri yaxınlığında piqmey və bantu qəbilələri arasında baş verib.
“Reuters” bu rəqəmin son aylar etnik zəmində baş vermiş toqquşmalar arasında ən böyük itki olduğunu qeyd edib.
1news.az
1005