Rəşad Sadıqov millidən gedir | 1news.az | Xəbərlər
Futbol

Rəşad Sadıqov millidən gedir

17:46 - 02 / 10 / 2017
Rəşad Sadıqov millidən gedir

Futbol üzrə Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov yığma karyerası ilə bağlı vacib qərar qəbul edib.

1news.az-ın məlumatına görə, 2001-ci ildən əsas millimizin şərəfini qoruyan 35 yaşlı futbolçu DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Çexiya ilə matçda milli komandada sonuncu oyununa çıxacaq.

Qeyd edək ki, sözügedən qarşılaşma oktyabrın 5-i, Bakı Olimpiya Stadionunda baş tutacaq.

Bu günə kimi yığmada 110 oyun keçirmiş kapitan, bu göstəricidə rekordçudur.

Babək Cahandarov

Paylaş:
770

Son xəbərlər

Bütün xəbərlər