Nobel Oil şirkəti “Şəffaf Vergi Partnyoru” statusuna layiq görülüb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Nobel Oil şirkəti “Şəffaf Vergi Partnyoru” statusuna layiq görülüb

16:17 - 16 / 10 / 2017
 Nobel Oil şirkəti “Şəffaf Vergi Partnyoru” statusuna layiq görülüb

Nobel Oil şirkəti şəffaf maliyyə fəaliyyətinə görə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “Şəffaf Vergi Partnyoru” statusu ilə təltif olunub.

“Şəffaf Vergi Partnyorluğu” təcrübəsinin yaradılması vergi ödəyicisi və vergi orqanı arasında tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi və keyfiyyətcə yeni müstəviyə qaldırılması istiqamətində yeni yanaşmadır.

“Şəffaf Vergi Partnyoru” statusuna layiq olmaq üçün şirkət bir sıra meyarlara cavab verməlidir. Vergi ödəyicisi, ilk növbədə, vergiləri tam həcmdə və vaxtında ödəməli, vergi hesabatlarını vaxtlı-vaxtında təqdim etməli, işçilərinin sayını və onlara verilən əmək haqlarını düzgün bəyan etməli, gücləndirilmiş elektron imzaya sahib olmalı, mühasibat uçotunu beynəlxalq və milli uçot standartlarına uyğun, riskli vergi ödəyiciləri ilə əməliyyatlar aparmamalı, son 3 il ərzində iqtisadi sahədə cinayət təqibinə məruz qalmayan ödəyici olmalıdır.

Nobel Oil ölkənin neft-qaz sektorunda aparıcı şirkətlərdən olaraq dayanaqlı inkişaf istiqamətində davamlı səylər göstərir. Nobel Oil şirkətlər qrupuna daxil olan müəssisələr qazma, tikinti və layihələrin idarəedilməsi, eləcə də avadanlığa texniki xidmət, təchizat və layların neftverimliliyinin artırılması xidmətlərini göstərir.

Reklam hüququnda

Paylaş:
492

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər