Qanunsuz ov edən şəxslər cərimələnib | 1news.az | Xəbərlər
Cəmiyyət

Qanunsuz ov edən şəxslər cərimələnib

13:39 - 20 / 10 / 2017
Qanunsuz ov edən şəxslər cərimələnib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən çöl quşlarının və vəhşi heyvanların qanunsuz ovlanması hallarının qarşısının alınması məqsədilə ölkə ərazisində növbəti reyd  keçirilib. 

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, keçirilən reyd zamanı Şabran rayonu ərazisində, “Ağzıbir” ovçuluq təsərrüfatının  Xəzər dənizi sahil zolağında qanunsuz ov edən Cəlilabad rayon sakini Aqil Abdullayev, Şabran şəhər sakini Sadiq Həmzəyev və Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı Sulaiman Mohammad Hassan Fakher saxlanılıb.

Onlardan şahin quşunun tutulması üçün istifadə edilən ilgək, tor, gözlük kimi  qadağan olunmuş ov alətləri və 10 göyərçin quşu aşkar edilərək götürülüb. 

Faktla bağlı təqsirkar şəxslər barəsində qanunvericiliyə uyğun qaydada protokollar tərtib edilib və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən hər biri 1000 manat məbləğində cərimə olunub, qadağan olunmuş ov alətləri məhv edilib və göyərçin quşları təbiətə buraxılıb.

Babək Cahandarov

Paylaş:
665

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər