Sülh Platforması İrəvan və Bakıda mənzil-qərargahlarının açılması üçün Roma Papasından dəstək istəyib | 1news.az | Xəbərlər
Siyasət

Sülh Platforması İrəvan və Bakıda mənzil-qərargahlarının açılması üçün Roma Papasından dəstək istəyib

11:26 - 31 / 10 / 2017
Sülh Platforması İrəvan və Bakıda mənzil-qərargahlarının açılması üçün Roma Papasından dəstək istəyib

Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması Qurultayının iştirakçıları Platformanın İrəvan, Tbilisi və Bakıda mənzil qərargahların açılmasına dəstək verilməsi üçün Roma Papası Fransiskə müraciət ediblər.

1news.az-a Sülh Platformasının mətbuat xidmətindən verilən xəbərə görə, müraciətdə qeyd edilib ki, Roma Papası Fransisk bir din xadimi olaraq ömrünü insanlara və bəşəriyyətə sülh, mərhəmət ideyalarının təşviqinə həsr edib.

Müraciətdə bildirilir ki, hələ də dünyanın müxtəlif yerlərində müqəddəs insan həyatına təcavüz, müharibə, işğal, insanların zorla öz ev və yurdlarından qovulması faktları mövcuddur. İnsanın özü kimisinə bəslədiyi nifrəti qidalandıran mənfur ideyaların, müəyyən qüvvələrin istifadə etdikləri tarixi miflərin hələ də ayaqları yer tutur. Bu müharibə toxumları əsrlər boyu dost və qonşu olmuş, faktiki olaraq eyni mədəni nailiyyətləri bölüşən erməni və Azərbaycan xalqları arasına da səpilib:

“25 ildən artıqdır ki, iki qonşu xalq müharibə şəraitində yaşamağa məcbur edilir. Bu müddət ərzində hər iki xalqın nümayəndələri bir-birlərinə qarşı düşmənçilik və nifrət təbliğatının qurbanı kimi davranırlar. Formal xarakter almış atəşkəs rejimində üz-üzə dayanmış gənc əsgərlər, cəbhə bölgəsinə yaxın ərazilərdə isə mülkü insanlar həlak olur. Son dövrlərdə xüsusilə gərginləşən hərbi vəziyyət iki qonşu xalqın barışmasına və ədalətli sülh içində yaşamasına bütün ümidləri məhv etməli idi. Lakin bu insanların arasında ümidini itirməyən və sülhə inanan vətəndaş cəmiyyəti nümayəndələri, jurnalistlər, mövcud çətinliklərə baxmayaraq, sülh təşəbbüsü ilə çıxış etdilər. 6 dekabr 2016-ci ildə bu insanlar Ermənistan-Azərbaycan Sülh Platformasının əsasını qoydular.

Yarandığı gündən hər iki xalqın vətəndaş cəmiyyəti üzvlərini, ictimai siyasi xadimlərini, mətbuat nümayəndələrini sülh quruculuğu işinə cəlb edərək hər iki cəmiyyətdə bu ideyaları çətinliklə də olsa təşviq edir, yaranan təpkilərə baxmayaraq, öz işlərində inamla irəliləyirlər. Bütün bu fəaliyyət Ermənistan-Azərbaycan Sülh Platforması olaraq bizim daha səmərəli nəticələr naminə effektiv institutlaşmağımıza imkan verir. 30 oktyabr 2017-ci ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində hər iki xalqın sülhsevər nümayəndələri və ATƏT-in Minsk qrupuna daxil olan ölkələrin ictimai-siyasi xadimləri bir araya gələrək qurultay keçirdi. Qurultayda Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması təsis edilib və onun idarə heyəti, digər seçkili orqanları formalaşıb.

Qurultay iştirakçıları adından Sizə müraciət edərək bu müqəddəs işimizə xeyir-dua verməyinizi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunması, insanların öz yurd-yuvalarına qayıtması, iki qonşu xalq arasında 25 ildən artıq davam edən düşmənçiliyə son qoyulmasına öz köməyinizi əsirgəməməyi, xeyir-duanızla İrəvan, Tbilisidə, Bakıda mənzil qərargahların açılmasında dəstək olmanızı Sizdən xahiş edirik”.

S.Xankişiyeva

Paylaş:
672

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər