DÇ-2018: İtaliya mundialdan kənarda qaldı! - VİDEO
DÇ-2018-in daha bir iştirakçısının adına aydınlıq gəlib.
1news.az-ın Apasport.az saytının məlumatına görə, günün yeganə pley-off cavab qarşılaşmasında İtaliya ilə İsveç üz-üzə gəlib.
İlk görüşdə doğma meydanda qalib gələn İsveç yığması səfər oyununda bu üstünlüyünü əldən verməyib. Skandinaviyalılar qolsuz bərabərliyə nail olaraq adlarını mundiala gedəcək komandaların sırasına yazdırıblar.
Dördqat dünya çempionu olan appeninlilər isə 60 ildən sonra mundiala həsrət qalıblar. Sonuncu dəfə 1958-ci ildə bu aqibətlə üzləşən İtaliya yenidən azarkeşlərini kədərə qərq edib.
Maraqlıdır ki, “Skuadra Adzurra” indiyədək dünya çempionu adını qazananlar arasında yeganə komandadı ki, Rusiyada oynamayacaq. Çünki Almaniya, Fransa, İspaniya, İngiltərə, Braziliya, Argentina və Uruqvay artıq mundialda oynamaq hüququna yiyələnib.
DÇ-2018, pley-off oyunları
Avropa zonası
Cavab qarşılaşmaları
13 noyabr
İtaliya – İsveç - 0:0
İlk oyun: 0:1
İtaliya: 1. Canluici Buffon (k) (q), 3. Corcio Kyellini, 4. Matteo Darmian, 6. Antonio Kandreva, 7. Jorjinyo, 8. Alessandro Florenso, 11. Çiro İmmobile, 15. Andrea Barzali, 18. Marko Parolo, 19. Leonardo Bonuççi, 23. Manolo Qabbyadini
Ehtiyat oyunçular: 12. Canluici Donnarumma (q), 14. Mattia Perin (q), 2. Daniele Ruqani, 5. Roberto Qalyardini, 9. Andrea Belotti, 10. Lorense İnsinye, 13. Davide Astori, 16. Daniele de Rossi, 17. Eder, 20. Federiko Bernardeski, 21. Davide Zappakosta, 22. Stefan El-Şaaravi
İsveç: 1. Robin Olsen (q), 2. Mikael Lustiq, 3. Viktor Lindelef, 4. Andreas Qrankvis (k), 6. Lüdoviq Auqustinsson, 7. Sebastyan Larsson, 9. Markus Berq, 10. Emin Forsberq, 13. Yakup Yohansson, 17. Viktor Klasson, 20. Ola Toyvonen
Ehtiyat oyunçular: 12. Karl-Yohan Yansson (q), 23. Kristoffer Nordfeldt (q), 5. Martin Olsson, 8. İsak Telin, 11. Con Quidetti, 15. Qustav Svensson, 16. Emil Krafth, 18. Pontus Yansson, 19. Markus Roden, 21. Cimmi Durmaz, 22. Ken Sema.
1news.az