Bakının bir hissəsinə elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Sabah Bakının bir hissəsinin elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
1news.az xəbər verir ki, ”Azərenerji” ASC-yə məxsus 110/35/10 kV-luq Əhmədli yarımstansiyasında aparılan təmir işləri ilə əlaqədar olaraq noyabrın 18-də saat 01.30-dan 04.30-a qədər Xətai rayonu Əhmədli yaşayış massivinin bir hissəsində (General Şıxlı, Nəsrəddin Tusi, Sarayev, Neapol, Məhəmməd Hadi, Sadıqcan və Telnov küçələri) elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.
Yaranmış narahatçılığa görə “Azərişıq” ASC İstehlakçılardan üzr istəyir.
1news.az
664