ANAMA Cocuq Mərcanlıda aparılan təmizləmə əməliyyatları barədə operativ məlumat yayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

ANAMA Cocuq Mərcanlıda aparılan təmizləmə əməliyyatları barədə operativ məlumat yayıb

12:00 - 19 / 11 / 2017
ANAMA Cocuq Mərcanlıda aparılan təmizləmə əməliyyatları barədə operativ məlumat yayıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) noyabrın 18-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə operativ məlumat yayıb.

1news.az-a ANAMA-nın mətbuat xidmətindən verilən xəbərə görə, gün ərzində Cocuq Mərcanlı kəndində 8 500 kvadratmetr (0.85 ha) ərazi tam təmizlənib, 7 500 kvadratmetr (0.75 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb. Bu ərazilərdə mina və partlamamış hərbi sursat (PHS) aşkar edilməyib.

İki gün ərzində 2 ədəd partlamamış hərbi sursat (PHS) 1 ədəd F-1 əl qumbarası və 1 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7) aşkar edilib, 21 000 kvadratmetr (2.10 ha) ərazi tam təmizlənib, 13 500 kvadratmetr (1.35 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

S.Xankişiyeva

 

Paylaş:
594

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər