Ölkə ərazisində qısa müddətli toz-dumanı gözlənilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkə ərazisində qısa müddətli toz-dumanı gözlənilir

19:30 - 20 / 11 / 2017
Ölkə ərazisində qısa müddətli toz-dumanı gözlənilir

Noyabrın 21-də ölkə ərazisində gecə saatlarından başlayaraq havada olan tozun miqdarının sanitar normadan artıq olacağı gözlənilir.

1news.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən verdiyi xəbərə görə, buna səbəb ölkənin cənub-şərq bölgəsinə Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə atmosfer axınları ilə qısa müddətli toz-dumanının daxil olmasıdır.

Toz-dumanının ölkənin cənub bölgəsindən Xəzər dənizi sahili boyunca Abşeron yarımadasına qədər irəliləyəcəyi ehtimal olunur.

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə noyabrın 22-si axşam saatlarında Abşeron yarımadasında tozun havada miqdarının sanitar norma daxilində olacağı gözlənilir. 

1news.az

Paylaş:
564

Son xəbərlər

Bütün xəbərlər