Dağlıq Qarabağ regional geosiyasət kontekstində: çaşqın Ermənistanın məntiqsiz addımları | 1news.az | Xəbərlər
Siyasət

Dağlıq Qarabağ regional geosiyasət kontekstində: çaşqın Ermənistanın məntiqsiz addımları

16:25 - 08 / 12 / 2017
Dağlıq Qarabağ regional geosiyasət kontekstində: çaşqın Ermənistanın məntiqsiz addımları

Son zamanlar erməni KİV-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dərc olunan müxtəlif səpgili yazıların sayı artıb.

Onlarda münaqişənin həlli kontekstində regional geosiyasətin bir sıra aspektlərinə nəzər salınır. O cümlədən ermənilərin regionun böyük dövlətləri olan Rusiya, İran və Türkiyənin geosiyasi əməkdaşlığının mümkün nəticələrindən narahatlığı ifadə edilir.

Vəziyyətə bir qədər geniş miqyasda yanaşdıqda, rəsmi İrəvanın növbəti dəfə çaşqın duruma düşdüyü və məntiqsiz addımlar atdığı aydın görünür. Ermənistanın siyasi dairələri artıq anlayırlar ki, münaqişənin ədalətli həllindən başqa yol yoxdur. Məsələnin bu tərəfi üzərində bir qədər ətraflı dayanmağa ehtiyac görürük.

Ərdoğanın mesajı: İrəvanın qorxulu röyası

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanla bağlı ifadə etdiyi fikirlər İrəvanda ciddi narahatlıq doğurub. R.T.Ərdoğan Ermənistanın apardığı yanlış xarici siyasətin onu bütün beynəlxalq və regional iqtisadi layihələrdən kənarda qoyduğunu vurğulayıb. Əgər İrəvan bu ruhda davam edərsə, gələcəkdə də belə olacaq. Sonda Türkiyə dövlət başçısı açıq bəyan edib: "Bizimlə dost olan qazanır, düşmən mövqe tutan isə itirir". Sübut kimi R.T.Ərdoğan Gürcüstanın regional iqtisadi və enerji layihələrindən əldə etdiyi maliyyə, iqtisadi və geosiyasi dividendləri xatırladıb.

Türkiyənin Prezidenti, təbii ki, ədalətli və obyektiv fikir ifadə edib. Onun dedikləri reallığı əks etdirir. Lakin Ermənistan siyasi dairələri nəyə görə bundan indi çox narahatdırlar? Məsələ burasındadır ki, Ermənistan KİV-i həm Rəcəb Tayyib Ərdoğanın fikirlərinə geniş yer ayırır, həm də ona cavab kimi analitika adı altında cızma-qaralar təqdim edir. Ermənilər üçün vəziyyət hansı səbəblərdən gərgindir?

Məsələyə iki tərəfdən yanaşmaq olar. Əvvəla, Cənubi Qafqazda cərəyan edən geosiyasi xarakterli proseslərin ümumi xarakteri mövqeyindən baxmaq mümkündür. İkincisi, bu regiona yaxın olan bölgələrdə müşahidə edilən geosiyasi-hərbi proseslərin ümumi məntiqi prizmasından qiymətləndirmək olar. Bu səviyyələr bir-biri ilə əlaqəlidir və faktiki olaraq qarşılıqlı təsirdə olurlar.

Regional geosiyasi dinamikada son dövrlərdə seçilən əsas məqam kimi Rusiya, Türkiyə və İran arasında geosiyasi məsələlərdə müəyyən əməkdaşlıq formatı möhkəmlənməkdədir. Doğrudur, bu, hələlik başlıca olaraq Yaxın Şərqə aiddir. Lakin hər kəsə aydındır ki, bu üç böyük dövlət gec və ya tez Cənubi Qafqazda da geosiyasi əməkdaşlıq məsələlərini danışacaqlar. Onlar problemi kənar qüvvələrin müdaxiləsi olmadan həll etməkdə maraqlıdırlar. O halda Ermənistanın kürkünə niyə birə düşdüyü aydın olur.

Çünki hər üç dövlət birmənalı olaraq münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi tərəfdarıdırlar. İran və Türkiyənin mövqeyi tam başa düşüləndir. Rusiya da rasional düşünən dövlətdir və anlayır ki, qonşuluqda yerləşən dövlətin ərazi bütövlüyünü dəstəkləməsə, öz daxilində çoxlu sayda analoji problemlə qarşılaşa bilər. Beynəlxalq qanunlar da BMT-nin hər bir üzvünün ərazi bütövlüyünün təmin edilməsini birmənalı qəbul edir. Bu səbəbdən Rusiya heç bir halda riskə getməz.

Bunları Ermənistan da anlayır və narahat olur. Paralel olaraq, özünü Avropa ilə əməkdaşlıqda maraqlı olan dövlət kimi göstərməyə çalışır. Bu baxımdan Aİ ilə müqavilənin imzalanması müəyyən mənada Rusiyaya da mesajdır – "yəni, mən Avropaya tərəf gedə bilərəm"! Təbii ki, bunlar Kreml üçün ciddi bir şey deyil. Moskva İran və Türkiyə ilə əməkdaşlığı davam etdirəcək. Bunun fonunda Ermənistan Dağlıq Qarabağ məsələsində mövqeyinin getdikcə daha da zəiflədiyini hiss edir.

Cənubi Qafqaza yaxın olan Yaxın Şərqdə baş verən hadisələrin məntiqi də rəsmi İrəvanı sıxmaqdadır. Çünki aydın görünür ki, Qərbin bütün cəhdlərinə baxmayaraq, Türkiyə həmin məkanda öz marağını sona qədər müdafiə etməkdə qərarlıdır. Ankara terrorla mübarizəni getdikcə daha da gücləndirir və uğurlar əldə edir. Memhetcik artıq Suriya və İraqda sülhü qoruyur. Türk ordusu Münbic, Afrin, Kandil, Sincarda hərbi əməliyyatlar keçirməyə hazırlaşır. Türkiyə rəhbərliyi dəfələrlə bəyan edib ki, yalnız ölkənin marağına uyğun hərəkət edəcək və bu zaman kimsədən icazə almaq niyyəti yoxdur. O cümlədən prinsipial məqamlarda Vaşinqton və Moskvadan da hansısa razılıq almaqdan söhbət gedə bilməz.

Ədalətdən qaçış: erməni uydurmalarının yeni səhifəsi

Bütün bunları müşahidə edən ermənilər bilirlər ki, eyni proses Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da gedəcək. Artıq Türkiyə Prezidenti məsələni birbaşa Vladimir Putinlə müzakirə edir. Ona görə də Ermənistan ortaya yeni-yeni təxribatlar atmağa cəhd edir. Onun bir neçə əlaməti artıq özünü göstərməkdədir.

Birincisi, xarici işlən nazirlərinin Vyanada nəzərdə tutulan görüşü ərəfəsi müəyyən provakativ fikirlər ortaya atırlar ki, heç bir razılıq olmasın. Bunun üçün ənənəvi olaraq Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar. Yaxud Avropanın Azərbaycan və Türkiyəni sıxışdıracağından bəhs edirlər. Məlumdur ki, ATƏT-in Vyana tədbirində strateji xarakterli və təhlükəsizliklə bağlı məsələlər müzakirə ediləcək. Bu kontekstdə ermənilər vəziyyəti belə təqdim edirlər ki, guya orada Dağlıq Qarabağda status-kvonun saxlanması, sərhədlərdə monitorinqin güclənməsi və sabitliyin təmin edilməsi qərarı alına, yəni faktiki olaraq münaqişə dondurula bilər. Həm də bu ssenariyə guya Türkiyə və Azərbaycan da razıdırlar. Çünki başqa "əlacları qalmayıb" (bax: məs., Наира Айрумян. Армянской стороне не хватило риска / "Lragir.am", 4 dekabr 2017).

İkincisi, İran və Rusiya ilə bağlı Dağlıq Qarabağ kontekstində həqiqətdən uzaq olan informasiyaları dövriyyəyə buraxmağa çalışırlar. Məsələn, İranın faktiki olaraq "Arsaxı tanıdığı" haqqında cəfəng tezis irəli sürülür (bax: Акоп Бадалян. Иран фактически признал Арцах / "Lragir.am", 5 dekabr 2017). Arqument kimi İranın bir nəşrində Dağlıq Qarabağdakı separatçı, terrorçu, qondarma qurumun "rəsmi təmsilçisi" kimi özünü təqdim edən birisinin müsahibəsinin dərc olunması göstərilir.

Təbii ki, İran kimi müsəlman ölkəsinin və qonşumuzun KİV-ində Azərbaycanda terror törətmiş, separatçılıqla məşğul olan dairələrin nümayəndəsinin müsahibəsinin dərc olunması arzu olunan və qəbul edilən deyil. Ancaq bu, heç bir halda Tehranın Dağlıq Qarabağdakı qondarma və qanunsuz qurumu tanıması anlamına da gəlməz. Deməli, Ermənistan siyasi dairələri Azərbaycanla İran arasında problem yaratmağa çalışır. Əlbəttə, bu cür təxribatlara nə Bakı, nə də Tehran uyan deyil.

Rusiya ilə əlaqəli isə erməni ekspertlər uydurma tezislər ortaya atırlar. Onlar Rusiya-Azərbaycan əlaqələrinin getdikcə inkişaf etməsindən və Türkiyənin də Moskva ilə əməkdaşlığı genişləndirməsindən çox narahatdırlar. Rusiyanın bir sıra elektron KİV orqanında gedən verilişlərdə Ermənistanın əsl siması barədə qismən bəhs edilməsinə rəsmi İrəvanın çılğın münasibəti arxasında həmin məqamlar dayanmaqdadır.

Bütün bunların hamısı Ermənistan rəhbərlərinin məntiqsiz və çılğın hərəkətlərinin bir mühüm məsələdən qaynaqlandığını göstərir: erməni siyasi dairələri regionun böyük dövlətləri olan Türkiyə, İran və Rusiyanın geosiyasi aspektdə əməkdaşlığı getdikcə gücləndirməsindən bərk təlaşa düşüblər. Onlar müxtəlif ideoloji həmlələrlə həmin dövlətlərin bir-birinə etimadına kölgə salmağa cəhd edir, bu bağlılıqda da ənənəvi olaraq Azərbaycan faktorundan yararlanmağa çalışırlar. Görünür, Vyana görüşündə nazirlərin müzakirəsi də konkret bir nəticə verməyəcək. Əslində, qlobal güclər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində çox ləng hərəkət edirlər. Əksər hallarda isə müəyyən dairələr erməni təcavüzkarlara havadarlıq edirlər.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti yuxarıda vurğulanan məqamlar işığında tam səmərəsiz görünür. Bu biabırçı vəziyyəti düzəltmək üçün Azərbaycan və Türkiyə Minsk qrupu ilə bağlı səmərələşdirici təkliflər verirlər. Ermənilərin narahat olduğu başqa bir məsələ də bununla bağlıdır. Onlar Türkiyənin heç zaman ATƏT-in Minsk qrupuna həmsədr ola bilməyəcəyi kimi məntiqsiz fikirlər söyləyirlər. Bütün bunlar bir daha göstərir ki, Ermənistan siyasi dairələri çıxılmaz vəziyyətdədirlər və buna görə də yalan və böhtan kampaniyalarını davam etdirirlər.

Newtimes.az

Paylaş:
680

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər