Azərbaycanın Tacikistan, Xorvatiya və Litvadakı səfirləri geri çağırılıb | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycanın Tacikistan, Xorvatiya və Litvadakı səfirləri geri çağırılıb

18:25 - 08 / 12 / 2017
Azərbaycanın Tacikistan, Xorvatiya və Litvadakı səfirləri geri çağırılıb

Prezident İlham Əliyev Abbasəli Həsənovun Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

1news.az-ın məlumatına görə, sərəncama əsasən, Abbasəli Kərəm oğlu Həsənov Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Dövlət başçısının digər sərəncamları ilə Həsən Dilsuz oğlu Məmmədzadə Azərbaycanın Litvadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən, Kamil Tacid oğlu Xasiyev isə Azərbaycanın Xorvatiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

1news.az

Paylaş:
862

Son xəbərlər

Bütün xəbərlər