Nazlı Abdulla Məhəmməd Azərbaycanın Cibutidə fəxri konsulu təyin olunub | 1news.az | Xəbərlər
Rəsmi

Nazlı Abdulla Məhəmməd Azərbaycanın Cibutidə fəxri konsulu təyin olunub

19:24 - 08 / 12 / 2017
Nazlı Abdulla Məhəmməd Azərbaycanın Cibutidə fəxri konsulu təyin olunub

Prezident İlham Əliyev N.A.Məhəmmədin Azərbaycan Respublikasının Cibuti Respublikasında fəxri konsulu təyin edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Nazlı Abdulla Məhəmməd Azərbaycan Respublikasının Cibuti Respublikasında fəxri konsulu təyin edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

1news.az

Paylaş:
1648

Son xəbərlər

Bütün xəbərlər