Tbilisi Saakaşvilinin Gürcüstana ekstradisiyasını istəyir | 1news.az | Xəbərlər
Dünya

Tbilisi Saakaşvilinin Gürcüstana ekstradisiyasını istəyir

16:53 - 10 / 12 / 2017
Tbilisi Saakaşvilinin Gürcüstana ekstradisiyasını istəyir

Rəsmi Tbilisi Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin Ukraynadan ekstradisiyası barədə müraciətini ləğv etmək niyyətində deyil.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bunu bu gün jurnalistlərə açıqlamasında Gürcüstan mədəniyyət naziri Mixail Qeorqadze bildirib:

M.Qeorqadze deyib ki, heç kim M. Saakaşvilinin ekstradisiyası barədə müraciəti ləğv etmək niyyətində deyil, eyni zamanda Gürcüstandan Ukraynaya bu barədə yeni müraciət göndərilməyib:

“Mixeil Saakaşvilinin Kiyevdə saxlanılmasına gəlincə, Ukrayna tərəfinin konkret məsələ ilə bağlı konkret sualları var”.

S.Xankişiyeva

 

Paylaş:
733

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər