Mübariz Qurbanlı Yevlaxda vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Mübariz Qurbanlı Yevlaxda vətəndaşları qəbul edəcək

22:39 - 15 / 12 / 2017
Mübariz Qurbanlı Yevlaxda vətəndaşları qəbul edəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dekabrın 19-da Yevlax şəhərində Mingəçevir, Ağdaş, Yevlax və Bərdə rayonlarının sakinlərini qəbul edəcək.

Komitənin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, qəbul Yevlax şəhəri Heydər Əliyev Mərkəzində (Yevlax şəhəri, Nizami küçəsi, 61) saat 11:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

DQİDK-nın bölgə şöbə müdiri: Natiq Əfəndiyev

Mob: (050) 211-68-89

Tel:   (022) 33-6-55-95

Telefon: e-mail:[email protected]

1news.az

Paylaş:
593

Son xəbərlər

Bütün xəbərlər