“Pole çudes”in Azərbaycana həsr olunmuş buraxılışında maraqlı məqamlar yaşanıb – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Pole çudes”in Azərbaycana həsr olunmuş buraxılışında maraqlı məqamlar yaşanıb – FOTO – VİDEO

14:01 - 16 / 12 / 2017
“Pole çudes”in Azərbaycana həsr olunmuş buraxılışında maraqlı məqamlar yaşanıb – FOTO – VİDEO

Leonid Yakuboviçin aparıcılığı ilə efirə gedən “Pole Çudes” verilişinin budəfəki buraxılşında Azərbaycanın Əməkdar artisti Murad Dadaşov iştirak edib.

1news.az-ın verdiyi xəbərə görə, veriliş Azərbaycana və Beynəlxalq çay gününə həsr olunub.

M.Dadaşov sadəcə verilişin iştirakçısı olmayıb. O, həmçinin final və super oyunun qalibi də olub. O, verilişin aparıcısı Leonid Yakuboviçə mürəbbə, neft, üzərində futbolçuların imzası olan “Qarabağ”ın formasını və komandanın Çempionlar Liqasında oynadığı topu hədiyyə edib.

Həmçinin verilişdə Əməkdar artist Həsənağa Sadıqovun rəhbərliyi ilə ansambl da çıxış edib. Bundan əlavə studiya xalçalar, meyvələr və Azərbaycandan gətirilmiş şirniyyatlarla bəzədilib.

L.Yakuboviç  hədiyyələrə görə M.Dadaşova təşəkkürünü bildirib.

Veriliş zamanı yaşanan maraqlı məqamlara aşağıdakı videodan baxa bilərsiniz:

S.Xankişiyeva

 

Paylaş:
2309

Son xəbərlər

Bütün xəbərlər