Bakıda 93 min manat pulu mənimsənilən şəxs ticarət mərkəzində intihara cəhd edib   | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 93 min manat pulu mənimsənilən şəxs ticarət mərkəzində intihara cəhd edib  

12:45 - 16 / 12 / 2017
Bakıda 93 min manat pulu mənimsənilən şəxs ticarət mərkəzində intihara cəhd edib  

Bakıda ticarət mərkəzində intihara cəhd olub.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, hadisə bu gün saat 11.00 radələrində “AMAY” Ticarət Mərkəzində qeydə alınıb.

Naməlum kişi ticarət mərkəzinin damına çıxaraq özünü atmaq istəyib. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasediciləri onu fikrindən daşındıra bilib. İntihar etmək istəyən şəxs Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə təhvil verilib.

Polisdən bildirilib ki, hazırda intihara cəhd edən şəxsin izahatı alınır. İlkin məlumata görə, həmin şəxs 93 min manat pulunun mənimsənildiyi üçün intihar etmək istəyib.

Faktla bağlı araşdırma aparılır.

S.Xankişiyeva

 

 

Paylaş:
477

Son xəbərlər

Bütün xəbərlər